Ölkə üzrə istehsal olunan dənli bitkilərin statistikası açıqlanıb

Dekabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8 faizi, yaxud 1049,4 min hektarı biçilib və həmin sahələrdən 3059,9 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çox məhsul götürülüb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,2 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 31,7 min hektar dən üçün qarğıdalı sahəsindən 226,8 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 71,5 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3286,7 min ton olub.

Gələn ilin məhsulu üçün 1057,2 min hektar sahədə şum qaldırılıb, 876,2 min hektar sahəyə dən üçün taxıl, ondan 577,3 min hektar sahəyə buğda, 298,7 min hektar sahəyə isə arpa səpilib.

https://metbuat.az/news/1098023/sabah-hava-bele-ol...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR