​"Gözümü qırpanda damarım tullanır"

ARB TV-nin "Boş anlar" verlişininin növbəti qonağı meyxanaçı Vüqar Əbdülov olub.

Metbuat.az bildirir ki, meyxana ustadı keçirdiyi avtomobil qəzasından söz açıb:

"4-cü kursda meyxana deməyə başlamışdım. Avtoqəza keçirdim. Ona görə də 1 il müalicə aldım, üzüm deformasiya olmuşdu. Daha sonra üzümü ekran üçün yararsız hesab etdim. Gözümü qırpanda damarda tullanma olur. Bu məndən asılı deyil. Əməliyyat da istəmirəm. Meyxanada olan uğurlarım bu durumu gəlib üstələdi. Fikirləşdim ki, bir neçə aktyorun arasında olmaqdansa, 3-4 meyxanaçının arasında olmaq daha fərqlidir. Başladım aktyor sənətindən öyrəndiklərimlə meyxananın birliyini tapmağa".

Telli Borçalı efirə ağlaya-ağlaya gəldi: "Qardaşım narahatdır" / VİDEO + FOTO



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR