Samsonyandan Paşinyana:

“KTMT-nin sədri vəzifəsindən Ermənistanı uzaqlaşdırdın, döyüş generallarını işdən çıxardın, satqın, cinayətkar və fəaliyyətsiz sərkərdələri özünə müşavir təyin etdin, Lavrovla müqavilə bağlayıb bizə açıqlama vermədin”.

Metbuat.az Ordu.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının rəhbəri Narek Samsonyan deyib.

O Paşinyana “təşəkkür edərək” qısa müddətdə yaranmış problemləri sadalayıb. Samsonyan Paşinyanın dövlət borcunu yardım milyard, işsizlərin sayını 55 min nəfər və təbii qazın qiymətini 50% artırdığını bildirib.

Təşkilat rəhbəri qeyd edib ki, Paşinyanın rəhbərliyi müddətində cinayətkarlıq səviyyəsi ikiqat həddə çatıb.

“Oliqarxları sahibkar etdin, “hakimlərin bəzilərini həbs etmək olar, bəzilərini yox” deyə təlimat verdin, KTMT-nin sədri vəzifəsindən Ermənistanı uzaqlaşdırdın, döyüş generallarını işdən çıxardın, satqın, cinayətkar və fəaliyyətsiz sərkərdələri özünə müşavir təyin etdin, Lavrovla müqavilə bağlayıb bizə açıqlama vermədin.

Suriyaya qoşun göndərirsən, kilsə xadimlərinə qarşı narkoman hərəkatına başlamısan, Parlamenti Taronun qaynından qurtarıb, öz qaynının himayəsinə keçirmisən, Serjikin vaxtında ali təhsil müəssisələrinin siyasiləşdirildiyini deyib seçkidən sonra siyahındakı 22-ci şəxsi ali təhsil müsəssisəsinə rəhbər təyin etmisən. Sonda hamımız səni günəşin sağ olsun deyə alqışlayacağıq”, - deyə Samsonyan vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR