Arvadını çamadana salıb aparmaq istədi

Arvadını çamadana salıb aparmaq istədi
05:31 14 Yanvar 2015
197 Digər
Ölkə mətbuatı
A- A+

Litvada gömrük işçiləri maraqlı hadisə ilə üzləşiblər.

ANS PRESS-in məlumatına görə, 30 yaşlı Litva vətəndaşı Boqden Kroytor İngiltərədə yaşamaq üçün icazə sənədi alsa da, moldovalı həyat yoldaşının viza tələbi rədd edilib.

Kroytor avtomobili ilə Kaledən Duvra gəlib. Burada onu gömrük işçiləri saxlayıblar. Gömrükçülər yük yerini yoxlamaq istədikdə Kroytor etiraz edib.

Lakin onun bu tələbinə əhəmiyyət verməyərək avtomobilin yük yerini açıb orada bir qadın olduğunu aşkar ediblər.

İzahat nəticəsində qadının Kroytorun moldovalı həyat yoldaşı olduğu məlum olub.

İşə polisin qarışması nəticəsində litvalıya etdiyi qeyri-qanuni hərəkətə görə 14 ay şərti həbs cəzası, 400 funt sterlinq cərimə kəsiblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR