Tolik onları tənqid etdi:

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Oğluma müğənni qız almaram" deyən sənət adamlarını tənqid edib.

Metbuat.az bildirir ki, Axşam.az-ın məlumatına görə, Tolik "Hər şey daxil" verilişində bildirib ki, onlar belə danışmaqla özlərini təhqir edirlər:

"Bir çox müğənnilər inciməsinlər. Hamını nəzərdə tutmayın və danışmayın. Şəxsiyyət olaraq öz adınızdan danışın. "Mən müğənni almaram" deyən dostlarım var. Belə deməklə özünüzü və ətrafınızda olan abırlı-həyalı, toyda salfetkada nömrə almayanları da qatırsınız. Siz toyda içib stol üstündə oynayanları görmüsünüz.

Bunları görəsən harda görüb alıblar? Bunlar ərə gedəndən sonra müğənni olublar? Röya da bu haqda danışdı və qınadı onları. Sözü bişirin ağzınızdan çıxarın. İki gündənbir "Oğluma müğənni qız almaram" deyirsiz. Görün müğənni sizin oğlunuza ərə gələr?".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR