“Fransa Vidadi İsgəndərli kimi terrora çağırış edən
şəxslərə sığınacaq verməklə beynəlxalq hüquq normalarını
tapdalayır”.
Publika.az-a açıqlamasında bu barədə Milli Məclisin
deputatı Araz Əlizadə deyib.
Milli Məclisin üzvü bildirib ki, Fransanın özündə demokratik
dəyərlər erroziyaya uğrayıb: “Bir ölkədə ki, insan haqları deyəndə
ancaq mavilər nəzərdə tutulur, əlbəttə, bu ölkə Vidadi İsgəndərli
kimilərə sığınacaq verəcək. Vidadi İsgəndərli kimilərin peyda
olmasında bizim cəmiyyətin də günahı var. Çünki vaxtilə
İsgəndərlini bu ölkəyə gətirib iş verdilər, indi bütün ölkəni
söyür. Belə adamlara qarşı birlikdə çıxmalıyıq”.
A. Əlizadə qeyd edib ki, dünyada artıq beynəlxalq hüquq normaları
işləmir.
“Beynəlxalq hüquq hələ də Ermənistana qarşı işləmirsə, deməli,
artıq hər şey bitib. Bu gün hansısa ölkəni öz maraqlarının quluna
çevirmək istəyirlərsə, onları şantaj edirlər. Vidadi İsgəndərli
kimilər də Azərbaycana qarşı silah kimi istifadə olunur. Lakin belə
adama sığınacaq verməklə Fransa Azərbaycanla əlaqələri də sual
altına qoyur”, - deyə o bildirib.