2019-cu ilin birinci yarısında neftin qiyməti daha sabit olacaq.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib."2018-ci ilin son rübündə 30 faizdən çox ucuzlaşan neftin qiyməti gələn ilin ilk 6 ayında daha sabit səviyyədə qalacaq. Neftin qiymətinin ucuzlaşmasına təsir edən əsas amillər makroiqtisadiyyatdır. Neft bazarı 2019-cu ilin ilk yarısında daha balanslı, qiymət də sabit olacaq".A.Novak bildirib ki, neftin qiymətini müzakirə etmək üçün OPEC ilə birgə fövqəladə iclas planlaşdırılmayıb.Milli.Az