Bir şəxs azacıq işlətdiyi və işlənmiş olması bilinməyən bir əşyanı təzə kimi sata bilərmi?Ticarətin bəzi şərtləri vardır ki, bunlara mütləq riayət etmək lazımdır. Əgər tərəflərdən biri həmin şərtləri pozarsa, qarşı tərəfin bundan xəbər tutduqdan sonra alveri pozmasına da icazə verilir.Milli.Az islam.az-a istinadən bildirir ki, belə şərtlərdən biri də ticarət edən tərəflərin bir-birini aldatmamasıdır. Satıcının əsas vəzifələrindən biri satdığı mal barədə alıcıya düzgün məlumat vermək, malda olmayan üstünlükləri ona aid etməmək, nöqsanları gizli saxlamamaqdır. Əgər azacıq da olsa işlənmiş mal təzə mal kimi satılırsa, bu, alıcını aldatmaq deməkdir. Satıcı malın azacıq işləndiyini söyləməlidir və onu təzə kimi təqdim etməməlidir. Bunu etməzsə, aldığı qazanc ona halal olmaz.Milli.Az