Azərbaycanlılar Rusiyada qəzaya düşdü:

Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalının Neftyuqansk rayonunda “Rosneft” şirkətinə məxsus avtobus iki yük maşını və bir minik avtomobili ilə toqquşub.

Metbuat.az TASS agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılar Surqut, Neftyuqansk və Poykovski xəstəxanalarına çatdırıblar. Onlardan on ikisinin vəziyyəti ağırdır.

Qeyd olunub ki, qəza zamanı əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov dünyasını dəyişib. Eyni zamanda iki azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb. Qəzanın səbəbinin şaxtalı və fırtınalı hava şəraiti, həmçinin yolların buz bağlaması olduğu bildirilir.

İstirahət günü hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR