Ukrayna yeni 20 növ silah alır

Ukrayna Silahli Qüvvələrdə olmayan yeni 20 növ silah almağı planlaşdırır.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib. Onun sözlərinə görə, silahların çoxu yerli istehsaldır.

Qeyd edək ki, Ukryananın 2019-cu il dövlət büdcəsində müdafiə sektoru üzrə xərcləri artırılıb. Belə ki, 2019-cu il dövlət büdcəsi zərfində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 33 milyard qriven (1,1 milyard dollar) artırılıb. Bütövlükdə isə gələn ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 212 milyard qriven (7,5 milyard dollar) ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR