Azərbaycanda tutulan FETÖ üzvünün fotoları yayıldı

Xəbər verdiyimiz kimi, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan türkiyəli müəllim Mehmet Gelen Azərbaycanda saxlanılıb.

Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.

Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.

Bu gün isə Türkiyə KİV-lərində Mehmet Gelenin həbs olunarkən lentə alınan fotoları dərc olunub. Həmin şəkilləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR