Əfqanıstanda prezident seçkiləri təxirə salınıb

Əfqanıstanda 2019-cu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan prezident seçkiləri təxirə salınıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının sədri Abdul Badi Sayad bildirib.

Onun sözlərinə görə, növbəti prezident seçkilərinin vaxtı iyulun 20-ə dəyişdirilib. Abdul Badi Sayad seçkinin vaxtının hansı səbəbdən dəyişdirildiyini açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR