Kolumbiyalı narkobaron Pablo Eskobardan sonra dünyada ən çox populyar olan narkotik qaçaqmalçısı Joakuin Quzmanın ABŞ-da məhkəməsi davam edir.Milli.Az Axar.az-a istinadən xəbər verir ki, məhkəmənin martda yekunlaşması gözlənilir.Məhkəmədə daha iki kolumbiyalı narkotik qaçaqmalçısı, keçmiş FTB agentləri və bir çox şahidlər dindirilib.Eyni zamanda vaxtilə Quzman ilə müsahibə dərc etmiş "Rollinq ston" jurnalının bu materialı da məhkəməyə dəlil kimi təqdim olunub.O, 2016-cı ildə Meksikada ikinci dəfə həbsdən qaçdıqdan sonra amerikalı film ulduzu və rejissoru Sin Pen ilə müsahibənin ardınca ABŞ-a təhvil verilmişdi. Ötən ilin yanvarında Nyu Yorka gətirilən 59 yaşlı narkobaronun ləqəbi "El Çapo" - yəni "Körpə"dir.O, Meksikada qanlı narkotik savaşında, ABŞ-a tonlarla narkotik daşınmasını təşkil edən şəbəkəyə liderlik etməkdə, minlərlə insanın ölümünə səbəb olmaqda ittiham edilir. Quzman isə ittihamları rədd edir.Məhkəməni əsasən Meksika mediası izləyir, məhkəmə salonuna El Çapo heyranları, Meksikadan gələn turistlər, "Narkos" serialının tamaşaçıları da təşrif buyururlar.Milli.Az