​Yunanıstan səfirinin cəsədi tapılıb

Yunanıstanın Venesueladakı səfiri Angelos Haritosun "Altamira Suites" hotelində cəsədi tapılıb.

Metbuat.az Sputnik.az-a istinadən xəbərinə görə, ölüm səbəbləri ilə bağlı olaraq ilkin açıqlama verilib. Yayılan ilkin məlumatda səfirin patoloji səbəblərdən dünyasını dəyişdiyi qeyd olunub. Artıq ölümün səbəblərinin araşdırılması üçün istintaqa start verilib.

Qeyd edək ki, 55 yaşlı səfir evli idi, 2 övladı vardı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR