Xüsusi XƏRİTƏ, 2019-cu ildə DAĞLIQ QARABAĞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
118 baxış·4 dəq oxu
ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi,
Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl
Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin
həlli perspektivindən danışıb. ABŞ Prezidentinin təhlükəsizlik üzrə
müşaviri Con Bolton Ankaraya Suriya ilə bağlı ultimatum verib. İran
Xarici İşlər Nazirliyinin ABŞ Prezidenti Donald Trampın “İran
bizimlə masaya oturmaq istəyir” şəklində bəyanatına cavab verib.
Rusiya “Bal” gəmi əleyhinə raket komplekslərindən sınaq atışları
həyata keçirib.
“Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin
olanda Ermənistanı satacaq”. Bu barədə ABŞ Dövlət
Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun
professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına
müsahibəsində deyib.
Putin Paşinyanı satacaq, Vaşinqton isə İranı... - ABŞ-dan SENSASİON QARABAĞ AÇIQLAMASI
2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə
qədər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq
Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri
qeyri-döyüş şəraitində böyük itkilər verib. “Tert.am”
saytı rəsmi statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma
aparıb. Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli
olduğunu qeyd edib.
Ermənistan ordusu BÖYÜK İTKİ VERDİ: İrəvan qorxu içində, Bakı daim...
Vaşinqtonla hər hansı razılaşma olmadan Ankaranın
Suriyada əməliyyatlara başlamamasını tələb edirəm. Bu
sözləri ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton
deyib.
O vurğulayıb ki, Türkiyə Suriyanın şimalındakı kürdləri izləməyi
dayandırmaqla bağlı zəmanət verməyənə qədər ABŞ qoşunları bu
ölkədən çıxmayacaq.
“Qoşunların Suriyadan çıxarılması ABŞ-ın yerinə yetirməli olduğu
siyasi qərarlardan asılıdır”, - deyə amerikalı rəsmi bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri
üzrə məsləhətçisi Con Bolton, Baş Qərargah rəisi Cozef Danford və
Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefrinin sabah Türkiyədə olması
gözlənilir. Səfər zamanı ABŞ-ın Suriyadan çəkilmə
qərarından sonra Suriyada qurulacaq yeni nizamla bağlı müzakirələr
aparılacaq.
100 il əvvəlki PLAN: Üçlük “xüsusi xəritə”ni Türkiyəyə gətirir – ŞOK DETALLAR
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi
ABŞ prezidenti Donald Trampın “İran bizimlə masaya oturmaq istəyir”
şəklində bəyanatına cavab verib. O, nüvə sazişindən
çıxmasından sonra İranı yeni müzakirələrə məcbur etməyə
çalışdığını, lakin Tehranın bundan imtina etdiyini bildirib.
İranın illərdir ABŞ-ın təzyiq və sanksiya siyasətinə qarşı
dayandığını Trampın yaxşı bildiyini söyləyən Qasımi qeyd edib ki,
Ağ Evin başçısı İran xalqının ABŞ-ın təzyiqlərinə boyun
əyməyəcəyini bilməlidir.
Qeyd edək ki, ABŞ prezidenti bazar günü etdiyi şərhində nüvə
razılaşmasından çəkildikdən sonra İrana tətbiq etdiyi sanksiyaları
qiymətləndirmiş və İranın danışıqlar masasına oturmaq istədiyini
bildirmişdi.
“Onların vəziyyəti çox yaxşı deyil. Bizimlə masaya oturmaq
istəyirlər”, - o söyləmişdi.
Daha əvvəl isə İranın Ali Təhlükəsizlik Şurasının
katibi Əli Şamxani deyib ki, ABŞ administrasiyasının nümayəndələri
dəfələrlə İran tərəfinə danışıqları yeniləməyi təklif
ediblər. Onun sözlərinə görə, Əfqanıstanda səfərdə
olarkən Vaşinqton danışıqlara yenidən başlamaq üçün ona iki dəfə
təklif edib.
ABŞ-ın Suriya strategiyası çöküb. Bunu
İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda keçirilən
Qərbi Asiya Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O, İŞİD-in Suriyada məğlub edilməsində ABŞ-ın heç bir rolunun
olmadığını söyləyib:
“ABŞ indi Fəratın şərqində ziddiyyətli bir vəziyyətlə
qarşı-qarşıyadır. Mövcud şərtlər ABŞ-ın Suriyadan çıxmasını
şərtləndirir. 2019-cu ildə ABŞ bölgədən çəkilməyə başlayacaq. Eyni
zamanda bu formada Bəsrə körfəzindən də çəkilməyə məcbur
qalacaq”.
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Skripal
insidenti ilə əlaqədar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU)
əməkdaşlarının Londondan çıxarılmasından sonra Britaniyada yeni
casus şəbəkəsi yaratmağa cəhd edir. Bu məlumatı
“Teleqraf” qəzeti yayıb. Məlumata görə, London SVR-i QRU-dan daha
təhlükəli və peşəkar sayır və SVR-in ölkə ərazisini Rusiya
kəşfiyyatı üçün plasdarm edəcəyindən narahatdır.
Rusiya “Bal” gəmi əleyhinə raket komplekslərindən
sınaq atışları həyata keçirib. Komplekslərlə təlim
Krımda baş tutub.
Qeyd edək ki, ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Ford
MakHenri" desant gəmisi 22-ci dəniz ekspedisiya qrupu ilə birgə
Qara dənizə daxil olub.
Əgər prezident seçilməsəydim, Şimali Koreya ilə
Asiyada böyük bir müharibənin içində olacaqdıq. Bunu
Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp
bildirib.
Koreya yarımadası probleminin həlli ilə bağlı danışıqların
dalana dirəndiyi barədə iddialarla razılaşmayan Tramp danışıqların
çox yaxşı getdiyini deyib.
“Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, işlər çox yaxşı
gedir”, - prezident vurğulayıb.
Pxenyana qarşı sanksiyaların davam edəcəyini söyləyən Tramp
Şimali Koreya lideri Kim Çen Inla ikinci görüşü üçün ölkənin
axtarıldığını söyləyib.