Bir neçə ildir ki, internet məkanında "KQB" əməkdaşlarının Misirdə qəribə mumiya tapdığını əks etdirən ağ-qara, keyfiyyətsiz video çarx dolaşır.Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, məlumata əsasən, video çarx 1961-ci ildə lentə alınıb. Bu zaman "İsida" adlı çox məxfi əməliyyat keçirilib. Rusiya internet portallarında bu barədə məlumat yoxdur. Amma xarici paranormal saytlar bu barədə geniş məlumat paylaşıb.Faktlara inansaq, 1961-ci ildə sovet agentləri gizli Misir sərdabəsi tapdılar və qədim yadplanetlinin mumiyasını üzə çıxardılar. Bildirilir ki, mumiyanın 13 min il yaşı var. Video çarxda isə, sovet hərbçisi formasında olan bir neçə nəfərin sərdabədən iri yeşik çıxardığını görmək olar. Yeşiyin içində isə qumanoid məxluqun qalıqları var.Sarkofaq fironların sarkofaqına oxşayır və digərlərindən fərqlənmir. Bu hadisəni 1990-cı illərin sonunda ABŞ-a mühacirət edən keçmiş KGB agenti Viktor İvanoviç danışıb. Video çarxı da o, təqdim edib.Video rolikin əvvəlində "Çox məfxi" yazısı görünür. Sonra isə torpağı qazan kişilər görünür. Onların yanında isə bədəvi paltarında insanlar dayanıb. Sonra isə sərdabə görünür və onun girişindəki Qədim Misir heroqlifləri, qanadlı İsidaya bənzər təsvir var. İsida qədim Misir tanrısıdır.Sonra əsgərlər sarkofaqa daxil olurlar və iki nəfər tabutu çıxarır. Böyük toz buludu görünür. Formada olan əməkdaşlardan biri hər şeyi fotoaparatla lentə alır. Sarkofaqın qapağı açıldıqdan sonra insan və ya insanabənzər yadplanetlinin skeleti görünür. Bundan sonra isə sərdabəyə bir neçə nəfər də daxil olur. Onların arasında qoruyucu kostyumlu əleyhqazlı insanlar da var. Bununla da video çarx başa çatır.SSRİ-də bu video çarx yayımlanmayıb. 1947-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatının Rozuell yaxınlığında UNO qəzaya uğrayıb. Rəsmi məlumata görə isə meteroit düşüb. Bu məlumat məxfiləşdirilib. Ufoloqlar düşünürlər ki, amerikalılar qəzaya uğrayan yadpalentli gəmisi ələ keçiriblər. Eyni zamanda qumanoidlərin meyiti və ehtimal edilir ki, sağ qalmış pilot da amerikalılardadır. Rozuell insidentini xəbər alan SSRİ narahat oldu ki, qeo-siyasi rəqibinin əlinə yadplanetli texnologiya keçib.Bu səbəbdən "KQB" Misirdəki sərdabəni qazdı və guya orada qeyri-adi mumiya var idi. Əraziyə ekspedisiya göndərildi və onların arasında "KQB" əməkdaşları da var idi. Əməliyyat "İsida əməliyyatı" adlandırıldı. Bu əməliyyat Misir hökuməti ilə birlikdə keçirildi. SSRİ 1956-cı il Süveyş böhranından sonra Misirlə dostlaşmışdı.Sərdabəni açan bədəvilər sinir sistemi xəstəliyinə yoluxdular. Onlar divardakı heroqlifləri tərcümə etdilər və bildirdilər ki, ora "Tanrının qəbri" yazılıb. Bu bədəviləri çox qorxutdu. Sonradan digər yazılar da tərcümə edildi və məlum oldu ki, oraya Tanrının qayıdışı yazılıb. Eyni zamanda bildirilir ki, əsas sarkofaqdan başqa məbəddə digər artefaktlar və bir neçə mumiya da tapılıb. Bütün tapıntılar Misirdən SSRİ-yə aparıldı. Hər mumiyanın boyu 2 metrdən az deyildi. Bu isə o dövrdə yaşayan misirlinin orta boy ölçüsündən hündür idi. Meyitlərin yaşı isə 12-13 min il idi. İvanoviçin sözlərinə əsasən, "KQB" arxivlərindən videonu mafiyanın köməyi ilə əldə edib.Heç bir şübhə yoxdur ki, hərbi ekspertlərin də daxil olduğu rus alimlərindən ibarət qrup 1961-ci ildə Misirdə qeyri-adi sərdabə kəşf edib. Kadrlar bəşəriyyət tarixinin ən vacib kəşflərindən birinə aiddir. Alimlər qəbirdə 12-13 min il əvvəl Misirdə vəfat edən yadplanetli mumiyası aşkar ediblər. Amma sarkofaqın dəqiq yeri göstərilmir...Milli.AzVideonu izləmək üçün şəklə klikləyin: