Venesuela prezidenti Nikolas Maduro Kolumbiyanın dövlət başçısı İvan Dukeni "mələk üzlü şeytan" adlandırıb.Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Maduro mətbuat konfransında bildirib."Bu şeytan mələk üzü ilə bütün Venesuelaya qarşı çıxır. Çünki Kolumbiya oliqarxiyası Venesuela xalqına nifrət edir", - deyə Maduro bildirib.Maduronun sözlərinə görə, qruplaşma üzvlərinin ötən ilin 4 avqustunda ona qarşı yönəldilmiş uğursuz sui-qəsdi Kolumbiya ərazisində hazırlanıb."Onlardan xahiş etdik ki, sui-qəsdçiləri həbs etsinlər. Cavab sükutdur. Onların (Kolumbiya hakimiyyətinin - red) etikası və əxlaqı yoxdur", - Maduro qeyd edib. Venesuela prezidenti Nikolas Maduro daha əvvəl ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.Milli.Az