Əməkdar artist Nahidə Orucovanın estetik əməliyyatından 12 gün sonra çəkilən şəkilləri yayılıb.

Publika.az xəbər verir ki, Nahidə Orucova mədəsini kiçiltdikdən sonra üz dərisində yaranan sallanma problemini aradan qaldırmağa qərar verib. Tanınmış aktrisa keçən ay üzündə estetik əməliyyat etdirib.

Məşhurun “Smas Face Lift” (Üzün dartılması) estetik müdaxiləsini cərrah Mübariz Məmmədli həyata keçirib. Həkim aktrisanın əməliyyatdan 12 gün sonrakı fotolarını sosial şəbəkədə paylaşıb.

57 yaşlı Nahidə Orucavın əməliyyatdan əvvəl və sonrakı halını təqdim edirik.