Türkanda 3 avtomobil toqquşub

Türkanda 3 avtomobil toqquşub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Milyonda bir görünən xəstəlik - Gecələr də gündüz kimi görür - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR