Bakı. 10 yanvar. REPORT.AZ/ Yəməndə hərbi parada hücum təşkil edilib.
“Report” Hürriyet”ə istinadən xəbər verir ki, Lahic şəhərindəki Əl-Aned hərbi bazasında keçirilən tədbirin pilotsuz uçan aparatla vurulması nəticəsində xeyli sayda hərbçi ölüb və yaralanıb.
İlkin məlumatlara görə, sayı 10-dan çox olan yaralılar arasında yüksək rütbəli hərbçilər də var.
Hadisə qurbanlarının sayı barədə hələlik məlumat yayılmayıb.
Yəməndə hərbi parada hücum olub, xeyli sayda ölən və yaralanan var
Yəməndə hərbi parada hücum olub, xeyli sayda ölən və yaralanan var