Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi çexiyalı hücumçu Yosef Şuralı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.Peşəkar karyerasına 2008-ci ildə "Zbroyovka Brno" klubunda başlayan Şural, ölkəsində "Slovan" (Liberets) və "Sparta" (Praqa) klublarında forma geyinib. O, 2016-cı ildən çıxış etdiyi "Sparta"da indiyə qədər 67 oyuna çıxıb, 20 qol vurub.Şural Çexiya yığmasında da 20 oyun keçirib, 1 qola imza atıb.Milli.Az