Həmçinin həddən artıq içildikdə qarın ağrısı, mədə yanması, rüflünün artması və qəbizlik kimi problemlərə səbəb olur. Tərkibində olan bol miqdarda kofein səbəbindən təlaş hissini və stressi artıraraq insanı aqressivləşdirir. Gündəlik içilən çay su hesab edilə bilməz, o sadəcə mayedir. İçdiyiniz hər bir stəkan çay ilə yanaşı 1 stəkan da su içməli olduğunuzu unutmayın. Çay dəmirin qana sovrulmasını azaldır. Yeməklə birlikdə qəbul edilən çay orqanizmdə dəmirin azalmasına gətirib çıxara bilər. Bunun səbəbi isə onun tərkibində olan tanen maddələrinin qidadan alınan dəmirin qana sovrulmasının qarşısını almasıdır. Yumurta yeyərkən çay içmək əvəzinə təzə meyvə-tərəvəz istifadə etmək daha yaxşı olardı.
Onu da nəzərdə saxlayın ki, çayı yeməkdən yalnız 2 saat sonra qəbul etmək lazımdır. Milli.Az