"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin və ailə üzvlərinin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
O, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.