Kriştianu Ronaldo İngiltərədəki malikanəsini satıb

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldu İngiltərənin Çeşir qraflığındakı malikanəsini satıb.

Metbuat.az AzərTAc-a istinadla xəbər verir ki, 34 yaşlı hücumçu satışdan 3,25 milyon funt sterlinq əldə edib.

Ronaldu bu evi 2008-ci ildə 3,9 milyon funt sterlinqə alıb. Futbolçu İspaniyaya köçmədən əvvəl bu evdə bir ildən az müddətdə yaşayıb.

Qeyd edək ki, 2009-cu ildə Ronaldo “Mançester Yunayted”dən “Real Madrid”ə, ötən il isə “Yuventus”a transfer olunub.

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR