"Vətəndaşlardan müxtəlif məzmunlu zənglər daxil olur" - İradə İbrahimova

“Nazirlikdə yaradılan qərargaha dünən axşamdan başlayaraq vətəndaşlardan müxtəlif məzmunlu zənglər daxil olur”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Metbuat.az-a bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hava şəraiti ilə bağlı sorğularla bərabər, güclü küləkdən aşmaq təhlükəsi olan quru ağaclar haqqında, onların budanaraq insanlar üçün təhlükəsiz vəziyyətə salınması barədə də müraciətlər daxil olur:

“Artıq bir çox rayonlarda və Bakıda vətəndaşların müraciəti əsasında Nazirliyin əməkdaşlarının dəstəyi ilə təhlükə yaradan ağacların budanması həyata keçirilib, aşma təhlükəsi aradan qaldırılıb”.

Qeyd edək ki, ETSN ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək təhlükəli hidrometeoroloji hadisənin gözlənildiyi ilə bağlı məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR