Ədliyyə orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə dekabrın 20-də elan olunan növbəti müsabiqədə iştirakla bağlı ərizə qəbulunun yanvarın 21-də başa çatdırılması qərara alınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat veriləcək.

Müsabiqədə iştirak edən hüquqşünaslar test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunacaq ənənəvi hazırlıq kurslarında iştirakla bağlı birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR