Ermənistan MN ölüm faktlarını gizlədir, prokurorluq ifşa edir

Erməni KİV-lərində 2018-ci il ərzində Qarabağda qanunsuz dislokasiya olunan bölmələr də daxil olmaqla Ermənistan ordusunun itkiləri haqqında rəsmi məlumat yayılıb. Qeyd edilən dövr ərzində 63 ölüm faktı baş verib.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, 2019-cu ilin 1 yanvar vəziyyətinə görə açıq mənbələrdən 46 ölüm hadisəsi barədə məlumatlar əldə edilib. Lakin 2019-cu ildə Ermənistan prokurorluğuna ünvanlanan sorğudan məlum olub ki, 2018-ci il ərzində hərbi xidmətlə birbaşa bağlı 38 ölüm faktı, hərbi xidmətlə bağlı olmayan 25 ölüm faktı daxil olmaqla, ümumən Ermənistan ordusunda 63 ölüm hadisəsi baş verib.


İlk doqquz ayda 7 hərbi qulluqçu atəşkəs nəticəsində, 1 hərbi qulluqçu isə mina partlayışından ölüb.

54 qeyri-döyüş itkisinin əsas səbəbi intihar, özünəqəsd həddinə çatdırma (11 hal), avtoqəza (17 hal) və xəstəlik (10 hal) olduğu bildirilir. Ermənistan Baş Prokurorluğundan qeyd olunub ki, hərbi qulluqçular Parkev Saribekyan, Hovik Nersisyan, Sarkis Tadevosyan, Artur Qevorkyan, Narek Cağaryan, Qevork Qaribyan, Armen Minasyan, Artak Qriqoryan, Martin Antonyan, Davit Qalstyan və Surik Ayvazyan hərbi xidmətlə əlaqəli olmayan avtomobil qəzalarından ölüblər.

Rəsmi olaraq yalnız Suren Ayvazyan barədə məlumat verilib. Ölümlə nəticələnən avtomobil qəzalarının böyük əksəriyyəti barədə ilk olaraq “shamshyan.com” saytı məlumat yayıb. Hərbi qulluqçular Viqen Abrahamyan, Karen Karapetyan, Artak Azizyan, Vahaqn Qalstyan, Qaqaik Qazinyan, Xaçik Tadevosyan, Vahram Evoyan, Armen Atanesyan, Albert Hakobyan, Venera Tsatryanın ölüm səbəbi xəstəlik olub. Bu ölüm hadisələrindən də yalnız biri barədə rəsmi qurumlar tərəfindən məlumat yayılıb.

Mher Ziroyan, Qor Petrosyan, Armen Hovakimyan, Karen Vardanyan isə bədbəxt hadisələr nəticəsində ölüblər. Bu ölüm hadisələrindən də yalnız ikisi barədə rəsmi qurumlar tərəfindən məlumat yayılıb.

Bununla yanaşı, təxribata cəhd, həmçinin cəbhədə mina partlayışları nəticəsində baş verən itkilər döyüş itkisi hesab edilir.

Öldürmə, intihar, özünəqəsd, bədbəxt hadisələr, avtoqəza, silah-sursatla davranış qaydalarının pozulması və digər səbəbdən baş verən ölümlər isə qeyri-döyüş itkisi hesab edilir.

Yaralılara gəldikdə isə qeyd edək ki, 2018-ci il ərzində 22 erməni hərbi qulluqçusu təxribat törətməyə cəhd edərkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qərargah hava ilə bağlı son dəqiqə məlumatı yaydı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR