"​Bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər öz inkişafının zirvəsindədir" - Ceyhun Əhmədli

Bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər öz inkişafının zirvəsindədir. Ötən ilin ortalarında tərəfdaşlıq prioritetləri təsdiqləndi.

Bunu Metbuat.az-a təhlil edən siyasi şərhçi Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, cari il ərzində isə strateji tərəfdaşlıq haqqında yekun sazişin imzalanacağı gözlənilir. İllərdir müzakirəsi gedən sənəd nəhayət ki, imzalanmaq ərəfəsinə gəlib çatıb. Amma birdən-birə ortaya Mehman Hüseynovun məsələsi çıxdı və tələm-tələsik, qeyri-səhih mənbələrdən əldə olunmuş informasiyalar əsasında bir qətnamə qəbul olundu. Bu iki məqamı müqayisə edəndə belə bir nəticəyə gəlmək olar ki, Avropa İttifaqı ilə münasibətlərimizə xələl gətirmək istəyən anti-Azərbaycançı qüvvələr var.

Fikrimcə, digər məqam Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqelərinin möhkəmlənməsi ilə əlaqədardır. Ermənistanın regionda siyasi-iqtisadi təcridinin dərinləşməsi və münaqişənin 2019-cu ildə Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həlli üçün unikal bir şəraitin yaranması xaricdəki erməni lobbisini çox narahart edir. Erməni lobbisinin Qarabağ məsələsinə xüsusi diqqət ayırması hamıya bəllidir. Hər il xaricdə iyanə şəklində toplanan milyonlarla dollar vəsaitin məhz Dağlıq Qarabağa göndərildiyinə dair əsaslı məlumatlar var. Bu baxımdan hesab etmək olar ki, Avropadakı erməni lobbisi Azərbaycanın beynəlxalq imicini zədələməklə münaqişənin ölkəmizin maraqları çərçivəsində həllinə maneçilik törətməyə çalışır.

Əslində Avropa Parlamenti dünən Mehman Hüseynovn məsələsini yox, Fransada davam etməkdə olan “sarı jiletlilər” aksiyasını müzakirə etməli idi. Polis zorakılıqları, vətəndaşlara qarşı amansız fiziki müdaxilələrlə müşayiət olunan bu hadisələr nəyə görəsə Avropa Parlamentinin diqqət mərkəzinə daxil olmur. Burdan aydın olur ki, məlum qətnamə siyasi mahiyyətlidir və Azərbaycana qarşı ikili standartlı yanaşmanın növbəti təzahürü kimi qiymətləndirilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR