"Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir"

17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi tapşırılıb.

Bununla da, “ASAN xidmət” mərkəzləri müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir. ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirib ki, müvafiq proseslərinin daha səmərəli formada tənzimlənməsi məqsədi ilə İşçi Qrup formalaşdırılıb. Həmçinin aidiyyatı qurumlarla birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Fərmanın icrasına ən qısa müddətdə başlanılacaq. Qurum sözçüsü əlavə edib ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Aysel Yaqubqızı / Metbuat.az

Fotolar: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR