Bakı Metropoliteni 20 yanvar faciəsi ilə bağlı tədbirlər planını açıqladı

"Bakı Metropoliteni” QSC-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planını təsdiqləyib.

Metbuat.az trend.az-a xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yanvar ayının 10-dan başlayaraq, metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir: "Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq. Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək. Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək. Həmin anı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər. Qanlı Yanvar hadisəsinin 29-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə, xəttə veriləcək. Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC-nin çoxminlik kollektivinin nümayəndələri həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edərək, onların ruhuna dualar oxuyucaq, məzarları önünə təzə-tər güllər düzəcəklər".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR