Bakı. 18 yanvar. REPORT.AZ/ Almaniyada naməlum şəxs bıçaqla klinikaya hücum edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Passauer Neue Presse" qəzeti yazıb.
Hadisə Bavariyanın Deggendorf rayonunda qeydə alınıb.
Onun bəzi şəxsləri girov götürdüyü, polisin onları xilas etmək üçün klinikanı mühasirəyə aldığı bildirilir.