"Monako"nun baş məşqçisi Tyerri Anri Fransa çempionatının 21-ci turunun "Strasbourg"la oyununda rəqib komandanın müdafiəçisi Kenni Lalanı təhqir edib.Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna futbolçunun vaxt aparmaq istəməsi səbəb olub. Laladan topu komandasına tez verməsini tələb edən fransalı mütəxəssis "Hələ 43-cü dəqiqədir, it oğlu" deyə onu söyüb. Qeyd edək ki, sözügedən oyunda "Monako" evdə "Strasburg"a 1:5 hesabı ilə uduzub.Milli.Az