Baş məşqçi futbolçunu buna görə təhqir etdi: "İt oğlu..."

Baş məşqçi futbolçunu buna görə təhqir etdi: "İt oğlu..."
18:08 20 Yanvar 2019
59 İdman
Ölkə mətbuatı
A- A+

“Monako” komandasının baş məşqçisi Terri Henri Fransa çempionatının 21-ci turunun "Strasburq"la oyununda rəqib komandanın müdafiəçisi Kenni Lalanı təhqir edib.

Publika.az xəbər verir ki, baş məşqçi futbolçuya “it oğlu” deyib.

Buna futbolçunun vaxt aparmaq istəməsi səbəb olub. Laladan topu komandasına tez verməsini tələb edən fransalı mütəxəssis "Hələ 43-cü dəqiqədir, it oğlu" deyə onu söyüb.

Qeyd edək ki, sözügedən oyunda "Monako" evdə "Strasburq"a 1:5 hesabı ilə uduzub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/266830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR