Bakı. Tural Turan - Trend:

6.7 bal gücündə zəlzələ Hind okeanında Cənubi Afrika Respublikasına məxsus adaları yaxınlığında baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 19:01-da baş verib.

Zəlzələnin episentri Mozambikin Maputu şəhərindən 2092 km aralıqda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin