Ağdaşda minik və yük maşınları toqquşub, 2 nəfər xəsarət alıb

Ağdaşda minik və yük maşınları toqquşub, 2 nəfər xəsarət alıb
21:57 23 Yanvar 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş. 23 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Lənkaran rayon sakini Cavadov Elçin Sabir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağdaş rayonunun Ləki kəndi ərazisində yük maşını ilə toqquşub.
Nəticədə sürücü və onun 1975-ci il təvəllüdlü sərnişini Ellada Cavadova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-minik-ve-yuk-masinlari-toqqusub-2-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR