Bakı. Trend:

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 713 nəfər çatıb.

Trend-in məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Çərşənbə, 2019-cu il yanvarın 23-ü üçün vəziyyət: 713 yoluxma halı, 664-ü təsdiqlənib, 49-u isə mümkün. Virusun yayılması nəticəsində 439 nəfər həlak olub, 247 nəfər müalicə edilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin