İnstagram-dakı "reklam cənnəti" bitir - FOTO

İnstagram-dakı "reklam cənnəti" bitir - FOTO
09:37 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Yüz minlərlə, milyonlarla daimi təqibçisi olan ulduzlar İnstagram-da reklam vasitəsilə böyük pullar qazanırlar. Özü də əksər hallarda onlar aşkar şəkildə reklam etdikləri məhsul və xidmətləri "mən bundan istifadə edirəm" adı ilə pərdələməyə çalışırlar.Britaniyada şou-biznes mənsubları, siyasətçilər, sənətçilər və məşhur şəxslərin İnstagram-dakı profilləri bundan sonra ciddi nəzarətdə olacaq. Ölkədə reklam fəaliyyətini tənzimləyən dövlət qurumu olan Reklam Standartları Agentliyi (Advertising Standards Authority, ASA) bu gündən etibarən məşhurların İnstagram profillərinin monitorinqinə başlayır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İnstagram-da insanlara yanlış məlumatlar verən və reklamla məşğul olaraq vergi ödəməyən məşhurlar məsuliyyətə cəlb olunacaqlar.Artıq ilkin nəticələr də var.Realiti-şou ulduzu Luiza Tompson, modellər Milli Makinton, Rozi Hantinqton-Uaytli və Meqan MakKennanın profillərində çoxsaylı "gizli reklam" aşkarlanıb. Bu ulduzları böyük cərimələr gözləyir. Onlar cərimələri ödəməzlərsə, vergidən yayınmağa və fırıldaqçılığa görə məsuliyyətə cəlb olunmaqla yanaşı, İnstagram profilləri də qapadılacaq.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/724080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR