Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayıblar

Azərbaycan cüdoçuları ilin ilk beynəlxalq yarışında mübarizəyə başlayıblar
10:57 24 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə ilin ilk beynəlxalq yarışı – Qran Pri start götürüb.
“Report” xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 9 cüdoçusu qüvvəsini sınayacaq. Onların hamısı mübarizəyə 1/16 finaldan başlayacaqlar. Kişilərin 60 kq çəki dərəcəsi üzrə mübarizəsində Rəşad Yelkiyevlə Rövşən Əliyev iştirak edəcək. Onlar müvafiq olaraq israilli Alon Aharon və sloveniyalı Matyaz Tboviçlə qarşılaşacaq. 66 kq-da isə Orxan Səfərov türkmənistnalı Məhəmməd Kossekov, İbrahim Əliyev isə ABŞ idmançısı Koul Çandlerlə üz-üzə gələcək.
Qadınlarda 48 kq çəkidə yarışan Leyla Əliyevanın ilk rəqibi rumıniyalı Aleksandra Popdur. Eyni çəkidə yer alan Aişə Qurbanlı isə ispaniyalı Sinte Qarsiya Mesa ilə görüşəcək. 52 kq-da Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Buyankişiq Purevsuren isə isveçrəli Fabienne Koçerlə qarşılaşacaq.
İçinxorlo Munxtsedev isə 57 kq çəkidə israilli Şaked Amihai ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması 3 gün davam edəcək Qra Priyə 18 cüdoçu ilə qatılıb. Yarışda 53 ölkədən 379 idmançı mübarizə aparır. Turnirin mükafat fondu 100 min dollardır.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudoculari-ucun-ilin-ilk-yarisi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR