Ermənistanla Rusiya arasında "soyuq müharibə"

Ermənistanla Rusiya arasında "soyuq müharibə"
11:21 14 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanla Rusiya arasında münasibətlər getdikcə gərginləşir.

ANS PRESS-in məlumatına görə, növbəti dəfə fikir ayrılığı Valeri Permyakovun Ermənistana verilməsi məsələsində yaranıb. Belə ki, Ermənistan iddia edir ki, 6 nəfərlik ailəni güllələyən rus əsgəri Ermənistan qanunları ilə mühakimə edilməlidir.

"Ermənistanla Rusiya arasında hərbi baza haqqında razılaşmanın 4 və 5-ci maddələrinə əsasən, Permyakovun cinayət işinə birmənalı olaraq Ermənistan baxmalıdır. 5-ci maddədə göstərilən istisna hallarda Rusiya qanunvericiliyi tətbiq edilə bilər", - deyə Ermənistanlı vəkil Ervand Varosyan bildirib.

Qeyd edək ki, Rusiya və Ermənistan arasında 1997-ci il hərbi baza haqqında razılaşmanın 5-ci maddəsinə əsasən, əgər cinayət rus hərbi bazasının ərazisində olarsa, yaxud hərbi baza əməkdaşı və ya onun ailə üzvlərinə qarşı törədilərsə və əgər hərbi cinayət baş verərsə, araşdırma Rusiya qanunvericiliyi ilə aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR