Təmir üçün gətirilən telefonun batareyası partlayıb.

Metbuat.az xəbər verir ki, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Telefonların satışı və təmiri xidmətini göstərən mağazaya gətirilən telefon partlayıb. Telefonu təmir edən Hulusi Ayman adlı usta bir anda mobil cihazdan qıvılcım çıxdığının fərqinə varıb və partlayacağından şübhələnərək dərhal onu tullayıb. Elə həmin an telefon partlayıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayış anı mağazanın təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Sözügedən görüntüləri təqdim edirik:

Dünyadakı siyasi proseslər neftə təsir edəcək? - İqtisadçıdan ŞƏRH