Bakı. Tural Turan - Trend:

“Monako” Tyerri Anrini istefaya göndərib. Trend-in məlumatına görə, kluba rəhbərlik etmək üçün yenidən Leonardu Jardim ilə müqavilə imzalanıb.

Müqavilə 2.5 yarım müddətinə imzalanıb. Jardim 27 yanvarda səlahiyyətlərini icra etməyə başlayacaq.

Xatırladaq ki, Jardim klubu 2014-cü ildən çalışdırırdı. 11 oktyabr 2018-ci ildə istefaya göndərilmişdi. Jardimin rəhbərliyi altında “Monako” 2016/2017 mövsümündə Fransa Çempionatının qalibi olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin