İranda naməlum şəxslərin hücumu nəticəsində bir hərbçi və bir polis ölüb
Paylaş
46 baxış·1 dəq oxu
Bakı. 26 yanvar. REPORT.AZ/ İranın Xuzistan əyalətinin Mahşehr şəhərində naməlum şəxslərin avtomobilə silahlı hücumu nəticəsində bir hərbçi, bir polis əməkdaşı ölüb. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Mahşehr şəhər valisi Möhsün Bəyrəvənd bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır.