Falkao ilə bağlı müdhiş iddia

Falkao ilə bağlı müdhiş iddia
11:26 14 Yanvar 2015
141 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"də forma geyən Radamel Falkao başqa kluba transfer ola bilər".

ANS PRESS-in məlumatına görə, bu barədə futbolçunun meneceri Jorge Mendes söyləyib. O bildirib ki, kolumbiyalı futbolçu gələcək mövsüm başqa bir klubda oynaya bilər. Menecer İtaliya mətbuatına verdiyi açıqlamada Falkaonun gələcək mövsüm yüksək səviyyəli komandalardan birində oynayacağını, amma bu komandanın "Mançester Yunayted" olmayacağını qeyd edib.

Radamel Falkaonun çox yaxşı bir futbolçu olduğunu vurğulayan Mendes sözlərinə belə davam edib: "Onun komandadan ayrılması "Mançester Yunayted" tərəfdarlarını çox üzəcək. Çünki o, dünyanın ən yaxşılarından biridir. Şübhəsiz ki, gedəcəyi hər komandada 90 dəqiqə rahatlıqla oynaya bilər".

İngilis mətbuatı isə Falkaonun "Mançester Yunayted"də az forma geyindiyindən narazı olduğunu və gələcək mövsüm "Yuventus" forması geyinəcəyini iddia edib.

Qeyd edək ki, futbolçunun transfer haqqları "Monako"dadır və mövsümün sonuna kimi "Mançester Yunayted"də icarə əsasında forma geyinəcək. 28 yaşlı futbolçu bu mövsüm Premier Liqada 12 matçda 604 dəqiqə meydançada qalıb. Bu müddət ərzində kolumbiyalı futbolçu cəmi 3 qol vura bilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR