Bakı. Trend:

Fici adaları sahillərində 5,8 bal gücündə zəlzələ olub.

Trend-in mıəlumatına görə, zəlzələ episentri Suva şəhərindən 400 km aralıda yerləşib. Zəlzələ ocağının dərinliyi 549 kilometr təşkil edib.

İlkin məlumata əsasən, yerli vaxtla 10:19-da baş verən zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin