Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O.Əsədov bildirib ki, sosial şəbəkələrdə yazılanlar xəcalət hissi doğurur: “Mən xaricdə yaşayanları demirəm. Ancaq ölkə daxilində təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik. Onların yazılarına baxanda adam xəcalət çəkir. Dövlət qurumları haqqında ağızlarına gələni yazırlar”.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla