"Facebook" sosial şəbəkəsinin təsisçisi və icraçı direktoru Mark Zükerberqin sərvəti bir günə 6,2 milyard dollar artıb.Milli.Az insider.az-a istinadən bildirir ki, "Facebook"un ötən ilin yekununa dair hesabatını açıqlaması fonunda sərvəti artan Mark Zükerberq dünyanın ən zəngin insanları siyahısında 2 pillə irəliləyib.Zükerberqin sərvəti 65,6 milyard dollar həcmində qiymətləndirilir. Yanvarın 31-də bir gün ərzində sərvətinin bu həcmdə artması ilə o, "Bloomberg" milyarderlər indeksinin ən zənginlər siyahısında 7-ci pillədən 5-ci pilləyə yüksəlib. Sözügedən siyahıya artıq 15 aydır ki, "Amazon" şirkətinin rəhbəri Ceff Bezos liderlik edir.Qeyd edək ki, yanvarın 30-da "Facebook" şirkəti 2018-ci ilin yekunlarına dair hesabat yayıb. Hesabata əsasən, üç il ərzində şirkətin xalis mənfəəti 39% artaraq 22,1 milyard dollar, ümumi gəliri isə 37 faiz artaraq 55,8 milyard dollar təşkil edib.Milli.Az