Türkiyənin Muğla ərazisində dəhşətli hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, M.A. Karapınar adlı şəxs evlərinin yaxınlığındakı meşəyə donuz ovlamağa gedib. İddiaya görə o, ov zamanı meşədən gələn dostu İlhan Sarıkayanı tanımayıb və onu donuz bilərək vurub. Xoşbəxtlikdən İlhan ayağından yaralanıb və dərhal xəstəxanaya aparılıb. Polis tərəfindən Karapınar dərhal saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sərdar Məmmədov / Metbuat.az

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla