Rəsmi Seul Cənubi və Şimali Koreya liderləri Mun Ce-in ilə Kim Çen Inın növbəti görüşünün keçirilməsi üçün fəaliyyətə başlayıb.Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti ofisində adının açıqlanmasını istəməyən məsul şəxs bildirib. O, növbəti - dördüncü Mun-Kim görüşünün ABŞ və KXDR liderlərinin fevralın sonunda nəzərdə tutulan ikinci sammitindən sonra təşkilinin mümkünlüyünü deyib.Rəsmi Seul inanır ki, ABŞ və KXDR liderlərinin növbəti görüşü Şimali Koreyanın nüvə-raket proqramının ləğvi prosesinin daha da dəqiqləşməsi, yəni, ləğv prosesinin konkret cədvəlinin qəbul edilməsi ilə nəticələnəcək.Qeyd edək ki, ötən il 3 dəfə görüşən Şimali və Cənubi Koreya liderləri yarımadanın nüvə silahsızlaşdırılmasına, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıblar. KXDR lideri ötən ilin sonunda Seula səfər edəcəyinə dair söz versə də, bu, mümkün olmamışdı. Kim Çen In Cənubi Koreya Prezidentinə göndərdiyi yeni il təbrikində münasib vaxtda Seula səfər etmək arzusunu təkrarlamışdı.Milli.Az