Fransanın Vannes şəhərində yaşayan 27 yaşlı kişinin arvadı üçün internet vasitəsi ilə sifariş etdiyi geyimin əvəzinə 22 min avro dəyərində külçə qızıl göndərilib.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, sifarişini təhvil alan adam paketi açdıqda böyük bir şok yaşayıb. Paketin içindən 700 qram ağırlığında qızıl külçələr çıxıb.

Paketin üzərindəki ünvanın ona aid olmadığını anlayan gənc adam 2 kilometr uzaqlıqdakı qızılların həqiqi sahibinin evinə getsə də onu tapa bilməyib. Paketi polis məntəqəsinə təslim edən adam daha sonra qızılların sahibi ilə əlaqə yaradaraq sifarişini götürməsini istəyib.

"Ermənilər arvadlarını başqa millətin kişilərinə SATIRLAR" - Oxumaq üçün tıkla