Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan xorvatiyalı baş məşqçi Nikola Yurçeviç index.hr saytına açıqlama verib.Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis AFFA ilə görüşdüyünü deyib:"AFFA ilə ciddi danışıqlar oldu. Namizədlərdən biri mənəm. Növbəti bir neçə gündə hər şey dəqiqləşəcək. İndi hər şeyi dərindən açıqlaya bilmərəm".Yığma komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki də məsələyə münasibət bildirib: "Bunu dərindən şərh edə bilmərəm. Ancaq onu deyim ki, AFFA Yurçeviçi seçsə, səhv etməyəcək".Qeyd edək ki, Yurçeviç məşqçilik karyerasına 2002-ci ildə Xorvatiyanın "Zaqreb" klubunda başlayıb. Xorvatiyalı mütəxəssis 2006-2017-ci illərdə Xorvatiya millisində, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç son olaraq, Zaqreb "Dinamo"sunu çalışdırıb. Klub rəhbərliyi uğursuz çıxışlara görə onu postundan qovmuşdu. Milli.Az